Eyni bir cismə müxtəlif göy cisimləri tərəfindən təsir edən ağırlıq
qüvvələri fərqlidir.
Məsələn, astronavtın geyimlə birlikdə kütləsi Ayda və Yerdə eyni olsa da, Ayda ona təsir edən ağırlıq qüvvəsi Yerdəkindən təqribən altı dəfə azdır. |
Ayda olan astronavtın əlindəki çəkicə təsir edən ağırlıq qüvvəsi 3,2 N olarsa, çəkicin kütləsini
hesablayın (gAy = 1,6 N
kq ). Bu çəkic Yerdə
olarkən ona təsir edən ağırlıq qüvvəsi neçə nyuton idi?