Heterogen qarışıq - tərkibindəki maddələrin gözlə
fərqlənə bildiyi qarışıqdır.
Həllolma - bir maddənin hissəciklərinin başqa maddənin
hissəciklərində paylanmasıdır.
Homogen qarışıq - tərkibindəki maddələrin gözlə
fərqlənə bilmədiyi qarışıqdır.
Xlorofil - bitkilərdə yarpaqlara, zoğlara yaşıllıq verən
piqmentdir; bunlar vasitəsilə bitki günəş enerjisini tutur və
fotosintez prosesini həyata keçirir. İnfeksion xəstəlik - patogenlərin sağlam orqanizmə daxil olması ilə törətdiyi yoluxucu xəstəlikdir. Kağız xromatoqrafiyası - qarışıqları saf maddələrdən fərqləndirmək üçün istifadə olunan üsuldur, maddələrin udulma qabiliyyətinin müxtəlifliyinə əsaslanır. Kapilyar - orqanizmdə ən kiçik və nazik damarlardır. Qarışıq - iki və daha çox saf maddənin qarışmasından əmələ gəlir.
Qaynama temperaturu - maddənin maye haldan qaz
halına keçdiyi temperaturdur.
|
Qüvvə - hərəkətsiz cisimlərin hərəkətə gəlməsinə,
hərəkətdə olan cisimlərin isə sürətinin dəyişməsinə səbəb
olan kəmiyyətdir. Lava - vulkanizm prosesi nəticəsində yüksək istiliyə malik və maye halda axan püskürülmüş materialdır. Maqmatik süxur - maqmanın yer səthində və ya səthə yaxın soyuması nəticəsində yaranan süxur növüdür. Metamorfik süxur - yüksək temperatur və təzyiq altında maqmatik və çökmə süxurların çevrilməsi iləyaranan süxur növüdür. Məhlul - həlledicidən və həllolan maddədən əmələ gələn qarışıqdır. Mikroorqanizm - bitkilərə və heyvanlara nisbətən sadə quruluşlu, yalnız mikroskop altında görünə bilən, əsasən, birhüceyrəli canlıların geniş bir qrupudur. Mikroskop - adi gözlə görünməyən obyektlərin və onların hissələrinin böyüdülmüş xəyalını almaq üçün optik cihazdır. |