Bərabərsürətli hərəkət - cismin bərabər zaman fasiləsində
bərabər məsafə qət etdiyi hərəkətdir.
Birləşmə - müxtəlif növ atomlardan əmələ gəlir.
Bronx- nəfəs borusunun ağciyərlərə hava aparan
şaxələrindən hər biri. Bronxiol - ağciyərdə bronxların ən incə şaxələridir. Bruselyoz- brusella bakteriyalarının insan və heyvanlarda törətdiyi infeksion xəstəlikdir. Çökmə süxur - Yer səthində günəş şüalarının, küləyin, buzlağın və çayların fəaliyyəti nəticəsində yaranan süxurlardır. Diafraqma - məməlilərdə döş boşluğunu qarın boşluğundan ayıran əzələli arakəsmədir. Diffuziya - maddənin molekullarının miqdarının çox olduğu yerdən az olan yerə yayılmasıdır. Dinamometr - qüvvəni ölçən cihazdır. Doymamış məhlul - verilmiş temperaturda maddənin həll ola bildiyi məhluldur. Doymuş məhlul - verilmiş temperaturda maddənin daha həll ola bilmədiyi məhluldur. Element - eyni növ atomlardan təşkil olunur. |
Ərimə temperaturu - maddənin bərk haldan maye hala
keçdiyi temperaturdur. Faqositoz - birhüceyrəli orqanizmlər, yaxud çoxhüceyrəli heyvan orqanizmlərinin xüsusi hüceyrələri tərəfindən mikroskopik yad canlı cisimciklərin (bakteriyalar, hüceyrə fraqmentləri) və bərk hissəciklərin fəal tutulması və udulması prosesidir. Hava şəraiti - hər hansı bir məntəqədə müəyyən bir zaman ərzində baş verən hava hadisəsidir. Buludlu, yağıntılı, küləkli və sair ola bilər. Hemoqlobin - qana qırmızılıq verən və tərkibində dəmir olan piqmentdir; qırmızı qan hüceyrələrinin əsas tərkib hissəsidir. |