Ağırlıq qüvvəsi - cisimlərin Yer və ya digər göy cisimləri
tərəfindən cəzb olunduğu qüvvədir.
Alveol - ağciyərdə bronxiolların ən ucundakı hava
qovuqcuqlarıdır
Anemiya - qanda sağlam qırmızı qan hüceyrələri və
hemoqlobinin normadan daha az olduğu bir vəziyyətdir;
qanazlığıdır. Arximed qüvvəsi - maye və qazlara batırılmış cismə şaquli istiqamətdə yuxarıya doğru təsir edən itələyici qüvvədir. Aritmiya - ürəkfəaliyyətinin normal ritminin pozulmasıdır. Arteriyalar - qanı ürəkdən bədənin bütün orqan və toxumalarına aparan qan damarlarıdır. Astronavt - kosmosa səyahət etmək üçün xüsusi təlim keçmiş insandır. "Astronavt" sözü yunanca "astron" - "ulduz", "nautes" - "səyyah" sözlərindən yaranıb, "kosmik səyyah" deməkdir. |
Aşınma - Yer səthində temperaturun, suyun və canlı orqanizmlərin təsiri ilə baş verən prosesdir. Ateroskleroz - iri arteriya damarlarının daxili divarlarında kirəc lövhəciklərin toplanması ilə qalınlaşıb bərkləşməsi nəticəsində əmələ gələn xəstəlikdir. Atmosfer - Yeri əhatə edən hava təbəqəsidir. Yunanca "atmos" - buxar, "sfera" - təbəqə deməkdir. Atom - maddəni təşkil edən kiçik zərrəcikdir. |