4. Şəkildə süxurların təbiətdə dövranı təsvir edilmişdir. Cədvəldəki sözlərdən istifadə edərək boşluqları doldurun.
Maqmatik süxur
Çökmə süxur
Metamorfik süxur
Soyuma
Ərimə
Parçalanma
Toplanma
Püskürmə
Çevrilmə
Çöküntü
5. Verilmiş ifadələr arasında düzgün olan sözün altından xətt çəkin:
• Maqmatik/Metamorfik süxurlar Yer kürəsinin səthində əmələ gələn süxur növüdür.
Üst-üstə toplanmış kiçik hissəciklər mərhələli olaraq ağırlaşır və sonra sıxılaraq maqmatik/çökmə süxurlar yaranır.
• Aşınma/Buxarlanma hava şəraitinin və canlıların təsiri ilə süxurların parçalanması prosesidir.
• Fiziki/Kimyəvi aşınma nəticəsində süxurun tərkibi dəyişərək parçalanma baş verir.
6. Müxtəlif ərazilərə aid şəkillər verilmişdir. Aşınma növlərinə uyğun gələn əraziləri oxla birləşdirin.
Fiziki aşınma
Kimyəvi aşınma
Üzvi aşınma