Torpaq su, hava, bitki və heyvan qalıqları və mineral maddələrdən ibarətdir. Bitki və heyvan
qalıqlarının miqdarı nə qədər çox olarsa, torpaq da o qədər münbit olar.
Münbit torpaq tərkibi
Su
Hava
Bitki və heyvan qalıqları
Mineral maddələr
Öyrəndiklərinizi tətbiq edin
Şəkillərdə torpağın yaranmasına təsir edən hansı amillər təsvir olunmuşdur?
• Bu amillər münbit torpağın yaranmasına necə təsir edir?
• Müəyyən bir ərazidə torpağın yaranmasına eyni anda bir çox təbii amil təsir edirmi? Fikrinizi
əsaslandırın.
Öyrəndiklərinizi yoxlayın
1. Münbit torpağın yaranması prosesini izah edin.
2. Torpaqlar hansi xüsusiyətlərinə görə fərqlənir?
3. Aşağıda tərkibi göstərilmiş torpaqlardan hansı daha münbitdir? Nə üçün?