Düşün
Müzakirə et
Paylaş
Məhsul istehsalının miqdarı torpağın münbitliyindən asılıdır. Torpağın münbit qatı əkinçilik üçün
olduqca vacibdir. Bu qatın əmələ gəlməsi üçün uzun müddət tələb olunur. Əkinçilik üçün əlverişli
2,5 sm-lik münbit torpaq qatının əmələ gəlməsinə təxminən 500 il vaxt lazımdır.
• Torpağın münbit qatının canlılar
üçün hansı əhəmiyyəti var?
|
|
• Nə üçün münbit torpağın yaranması
qısa müddətdə baş vermir?
|
İnsan fəaliyyəti münbit torpaqların artmasına və ya azalmasına təsir edir. Məsələn, əkinçilər torpağı
əkinə əlverişli hala gətirmək üçün heyvanların peyinindən və kimyəvi gübrələrdən istifadə edirlər.
Əkin ərazilərində suvarmanın düzgün aparılmaması torpaqda duzun miqdarının artmasına səbəb
olur. Bu isə torpağın münbitliyinin azalması ilə nəticələnir.
Təbii gübrə
|
|
Kimyəvi gübrə
|
Suvarmanın qeyri düzgün aparılması nəticəsində şoranlaşmış torpaq