Torpağın tərkibinə mineral maddələr, bitki və heyvan qalıqları, su və
hava daxildir. Torpağın tərkibində bitki və heyvan qalıqlarının miqdarı
nə qədər çox olarsa, torpaq da əkinçilik üçün bir o qədər əlverişli olar.
Münbit torpağın yaranma prosesi
Aşınma nəticəsində süxurlar
kiçik hissələrə ayrılır.
Çürümüş bitki və heyvan
qalıqları torpağa qarışaraq onu münbitləşdirir. |