Bioloji aşınma. Süxurların canlı orqanizmlərin təsiri nəticəsində parçalanmasıdır. Bitki və ağaclar böyüyərkən onların kökləri süxurlarda çatların yaranmasına səbəb olurvə nəticədə süxurlar parçalanır. Bitkilərin köklərindəki maddələr süxurlara təsir edərək tədricən onların kimyəvi tərkibini dəyişdirir. |
Süxurun bioloji aşınması prosesi
Bitki kökləri
süxurdaki çatlara girir.
Köklər böyüdükcə
çatlar dərinləşir.
Bitki kökünün uc hissəsində
ifraz olunan maddələrin təsiri ilə süxurlar parçalanır. |