Aşınma hava şəraitinin və canlıların təsiriylə süxurların parçalanması ilə nəticələnən fiziki və
ya kimyəvi
prosesdir. Aşınma nəticəsində iri ölçülü süxurlar aşınır və onların qalıqlarından çökmə süxurlar yaranır.
Fəsillərdən asılı olaraq hava şəraitinin dəyişməsi süxurların aşınma prosesini sürətləndirir.
Süxurun fiziki aşınma prosesi
Çatlayan hissədən
süxura su dolur.
Su donarkən genişlənir
və süxurdakı çatin
böyüməsinə səbəb olur.
Buz əridikdə
su dərinləşmiş çata
dolu
Bu prosesin təkrarlanması
süxurun parçalanmasıyla
nəticələnir.
DüşünMüzakirə etPaylaş
Misir piramidalarının müxtəlif zamanlarda görünüşləri təsvir olunmuşdur.
• Piramidalarda hansı dəyişiklikləri müşahidə edirsiniz? Görünüş dəyişikliyinin səbəbini
müzakirə edin.
110 ildə aşınmaya məruz
qalmış heykəl.
Aşınma prosesi fiziki, kimyəvi və bioloji olmaqla üç növə ayrılır.
Fiziki aşınma.
Havanın temperaturunun dəyişməsi nəticəsində süxurların
parçalanması prosesidir. Bu proses zamanı süxurların kimyəvi tərkibi
dəyişmir. Məsələn, səhralarda fiziki aşınma gecə və gündüz
temperaturları arasındakı fərqin çox olmasından yaranır. İlin
müəyyən vaxtlarında havanın şaxtalı olduğu ərazilərdə suyun
donması və əriməsi prosesi də süxurların aşınmasına təsir edir.