Təbiətdə suyun dövranına oxşar şəkildə süxurların da dövranı
mövcuddur. Bu dövran müxtəlif proseslər nəticəsində süxurların
yerlərini dəyişməsindən və bir süxur növünün digərinə
çevrilməsindən ibarətdir.
Süxurların
təbiətdə dövranı
İsti, soyuq və yağıntının təsiri ilə maqmatik
süxurlar parçalanır və süxur qalıqları yaranır.
Süxur qalıqları çay, yağış və külək vasitəsilə
düzənliklərə və su hövzələrinə daşınır.
Daşınan süxur qalıqları uzun
müddətdə üst-üstə yığılır.
Maye maqma və
lava soyuyaraq bərk maqmatik süxurlar əmələ gətirir.
Üst-üstə yığılan
qalıqlar ağırlıq nəticəsində sıxılır və çökmə süxurlara çevrilir.
Yer qabığının daxilindəki çökmə və maqmatik süxurlar yüksək temperatur və ağırlığın
təsiri ilə metamorfik süxurlara çevrilir. Bu süxurlar əriyərək yenidən maqmaya
qarışır.
|
İsti və küləkli ərazilərdə istinin təsiri ilə süxurlardan
qopan qalıqları külək başqa ərazilərə daşıyır. Həmçinin
küləyin gətirdiyi qum dənələri uzun müddətdə süxurun
səthindən kiçik süxur parçaları qopardır. 1. Küləyin suxur qalıqlarını başqa ərazilərə yerdəyişməsi süxur dövranının hansı prosesinə uyğundur? 2. Təbiətdəki süxur dövranında Günəşin hansı təsirləri ola bilər? |