Yuxarıda yerləşən süxur qatlarının ağırlığı çökmə və
maqmatik süxurların sıxılmasına səbəb olur.
Maqmanın yüksək temperaturu da süxurların
metamorfik süxurlara çevrilməsinə kömək edir.
|
Süxurun
növü
|
Süxurun
adı
|
Süxurun
görünüşü
|
Süxurun xüsusiyyəti
|
Süxurun istifadəsi
|
Maqmatik
|
Obsidian
|
Hamar səthi olan, qara rəngli, parlaq süxurdur. | Binalarda və parklarda dekorasiya məqsədilə istifadə olunur. | |
Çökmə
|
Qumdaşı
|
Əsasən, kiçik ölçülü qum dənələrindən ibarətdir. Ağ, boz, qırmızı və qəhvəyi rənglərdə olur. | Tikinti daşları və şüşə hazırlanmasında istifadə olunur. | |
Metamorfik
|
Mərmər
|
Ağ, qırmızı, yaşıl, çəhrayı, qara və digər rəngdə olur. Dayanıqlıdır və asanlıqla yonulur. | Heykəl və büstlərin hazırlanmasında istifadə olunur. |