Alimlər süxurlardan müxtəlif dövrlərdə Yer kürəsində baş vermiş
təbii prosesləri öyrənmək üçün istifadə edirlər. Süxurlar müxtəlif
ərazilərdə və fərqli şəraitlərdə yarandıqları üçün onların ağır və ya
yüngül, bərk və ya yumşaq, sukeçirən və ya sukeçirməyən, suda
həll olan və ya həll olmayan kimi fərqli xassələri olur. Yaranmasına
görə isə süxurlar maqmatik, çökmə və metamorfik süxurlar
olaraq bölünür.
Maqmatik süxurlar.
Maqmanın yer daxilində və ya lavanın yer səthinə çıxdıqdan sonra
soyuması və bərkiməsi nəticəsində əmələ gəlir. Maqma tədricən
soyuduğu halda, lava sürətlə soyuyur və bərkiyir. Maqmatik
süxurlar yer səthində yaranmışan qədim süxurlardır.
Maqmatik süxurların
yaranma prosesi Maqmatik süxurlar uzun
dövrlərdə müxtəlif hava şəraitinin təsirinə məruz qalır. Vulkan püskürməsiylə
səthə çıxan lavanın sürətlə soyuması nəticəsində Yer səthində də maqmatik süxurlar yaranır. Maqmanın tədricən soyuması nəticəsində
Yer daxilində maqmatik süxurlar yaranır. |