Qüvvənin təsiri onun cismin hansı nöqtəsinə tətbiq olunmasından asılıdır. Masa üzərindəki kitabı
kötüyün tən ortasından barmağımızla itələdikdə onun irəliyə doğru hərəkət etdiyini
(a),
ancaq
kötüyün kənarından itələdikdə onun fırlandığını
(b) müşahidə edəcəyik.
Bəzi cisimlər kiçik qüvvələrin təsiri altında hərəkət edə bildiyi halda, bəzilərini hərəkət etdirmək
üçün daha böyük qüvvə tətbiq etməli oluruq. Qüvvənin cismə təsiri onun qiymətindən asılıdır.
Məsələn, oyuncaq maşını hərəkətə gətirmək asan olduğu halda
(c),
minik avtomobilini itələyərək hərəkət etdirmək çətindir
(d).
Oyuncaq maşını sola itələdikdə ona təsir edən qüvvə sol tərəfə, sağa itələdikdə isə sağ tərəfə
yönəlmiş olur. Bu zaman maşın qüvvə istiqamətində hərəkət edir.
Düşün
Müzakirə et
Paylaş
Gündəlik həyatda qüvvələrdən necə istifadə etdiyinizə dair
nümunələr göstərə bilərsinizmi?
Beləliklə, qüvvənin təsiri ilə cismin necə hərəkət edəcəyini bilmək üçün qüvvənin tətbiq nöqtəsini,
istiqamətini və ədədi qiymətini bilməliyik.
Qüvvənin təsiri asılıdır
Tətbiq nöqtəsindən
İstiqamətindən
Ədədi qiymətindən
Qüvvə gözlə görünmədiyi üçün onun tətbiq nöqtəsini, istiqamətini və qiymətini
göstərmək
məqsədilə oxlardan (➜) istifadə olunur. Ox qüvvənin cismə tətbiq olunduğu nöqtədən çəkilir və onun
istiqaməti qüvvənin istiqamətini göstərir. Qüvvə nə qədər böyük olarsa, ox da bir o qədər uzun
çəkilir.
Məsələn, (I) şəkildə qutuya 1 N qüvvə tətbiq olunub, (II)
şəkildə isə həmin qüvvənin tətbiq
nöqtəsi, istiqaməti və qiyməti ox vasitəsilə təsvir olunub.
Qüvvənin qiymətinə uyğun uzunluq
Qüvvənin tətbiq nöqtəsi
Qüvvənin istiqaməti