Kəsrin ixtisar edilməsi - kəsrin surət və
məxrəcinin eyni ədədə bölünməsi.
Kəsri ixtisar etdikdə alınan kəsr əvvəlki kəsrə
bərabər olur.
Kredit - bankdan alınan və müəyyən müddət
ərzində əlavəsi ilə geri qaytarılan pul.
Qarışıq ədəd - tam və kəsr hissələrdən ibarət
olan ədəd.
Oxunuşu: bir tam dörddə üç.
Tam hissə: 1 Kəsr hissə: 3
4
Onda bir - tamın onda bir hissəsi.
Sıfır tam onda bir
Ondabirlər mərtəbəsi - onluq kəsrlərin yazılışında
vergüldən sonrakı birinci mərtəbə.
Rəqəmlərlə yazılışı:
2,3
Sözlərlə yazılışı:
iki tam onda üç
Burada tam hissə 2, kəsr hissə isə 0,3-dür.
Onluq kəsr-yazılışına görə tam və kəsr hissələri
vergüllə ayrılan ədədlər.
Təkliklər |
|
Ondabirlər |
|
|
|
0 |
, |
3 |
Sıfır tam onda üç
Təkliklər |
|
Ondabirlər |
|
|
|
1 |
, |
2 |
Bir tam onda iki
Təkliklər |
|
Ondabirlər |
Yüzdəbirlər |
|
|
|
|
3 |
, |
0 |
4 |
Üç tam yüzdə dörd
Sürət - hərəkət edən obyektin bir yerdən başqa
yerə nə qədər tez çatması onun sürətindən
asılıdır.
Sürət m/san, m/dəq, km/saat və s. vahidlərlə
ifadə olunur. Məsələn, velosipedçinin sürəti
10 m/dəq bərabərdirsə, deməli o, 1 dəqiqədə
10 m yol gedir.
Tarix - gün, ay və ili göstərmək üçün qısa
yazılış formasından istifadə olunur.
14 iyun 2022-ci il tarixi qısa şəkildə belə yazılır.
Vahid kub - tilləri 1 vahid olan
kubdur. Məsələn, vahid 1 sm
olarsa, vahid kubun tilləri 1 sm-ə
bərabər olar. Bu kubun həcmi
sm3-ə bərabərdir.
V = 1 sm3
Yüzdə bir - tamın yüzdə bir hissəsi.
Yüzdəbirlər mərtəbəsi - onluq kəsrlərin yazılışında
vergüldən sonrakı ikinci mərtəbə.
Rəqəmlərlə yazılışı:
1,25
Sözlərlə yazılışı:
bir tam yüzdə iyirmi beş
Burada tam hissə -1, kəsr hissə isə 0,25-dir.