32. Dairəvi diaqramlarda hündürmərtəbəli binanın üç blokunda olan bir, iki və
üçotaqlı mənzillərin sayı haqqında məlumat təsvir edilib. Hər blokda 72 mənzil n
var. A blokunda 36, B blokunda isə 24 ikiotaqlı mənzil var. Hər bloka uyğun
dairəvi diaqramı müəyyən edin və suallara cavab verin.
• A blokunda neçə birotaqlı mənzil var?
• B blokunda neçə üçotaqlı mənzil var?
• Üç blokda cəmi neçə ikiotaqlı mənzil var?
Cədvəli dəftərə köçürün və tamamlayın.
Blok
Uyğun
diaqramın nömrəsi
Bir otaqlı
mənzillərin sayı
İki otaqlı
mənzillərin sayı
Üç otaqlı
mənzillərin sayı
A
B
C
33. Xətti diaqramda eyni vaxtda bir məntəqədən yola
çıxan minik maşını və avtobusun 3 saatda getdiyi
yolun uzunluğu təsvir edilib.
Minik maşını 2 saata nə qədər yol getdi? Onun
sürəti nə qədər oldu?
Avtobus eyni məsafəni neçə saata getdi?
Diaqrama əsasən 1-ci və 2-ci saat arasında avtobusun hərəkət etmədiyini necə izah etmək olar?
Avtobus hansı saatda əvvəlki saatlarla müqayisədə
daha çox məsafə qət etdi?