26. Yer kürəsinin təxminən 71 100 hissəsisu ilə örtülüdür. Qalan hissəni isə quru sahələri
təşkil edir. Yer kürəsinin su ilə örtülü hissəsi quru hissəsindən nə qədər çoxdur? Cavabı
onluq kəsrlə ifadə edin.
27. Məlumatlara əsasən hər binanın yerləşdiyi nöqtəni
müəyyən edin və koordinatlarını yazın.
• Əyləncə mərkəzi koordinatları (1;3) olan nöqtədə yerləşir.
• Dayanacaq əyləncə mərkəzindən 6 vahid sağda və 3 vahid
yuxarıda yerləşir.
• Məktəb dayanacağa m düz xəttinə nəzərən simmetrik yerləşir.
• Teatr məktəbdən 1 vahid solda yerləşir.
• Kitabxana dayanacaqdan 6 vahid aşağı və 7 vahid solda yerləşir.
28. Verilən fiqurları iki düzbucaqlı paralelepipedə ayırın. Onların həcmlərini toplamaqla fiqurların
həcmlərini tapın.
29. Velosipedçi iki məntəqə arasındakı 2 km 600 m məsafənin ilk 1 kilometrini
10 dəqiqəyə getdi və eyni sürətlə yola davam etdi.
Obu sürətlə qalan məsafəni neçə dəqiqəyə gedər?
Velosipedçi qayıdanda sürətini 30 m/dəq artırsa, ümumi yola neçə
dəqiqə vaxt sərf edər?
30. Samirin yaşı 9 il 10 ay, qardaşınınkı isə 5İİ3 aydır. Samir qardaşından neçə ay böyükdür?
31. Cədvəldə bir həftədə mağazada satılan meyvələr haqqında məlumat verilmişdir.
Bu məlumata əsasən
a) =8kq;
b) = 16 kq olduqda piktoqram qurun.