8. Anar və Səbinə oyun oynayırlar. Oyunun qaydasına əsasən ədədlər yazılmış kartlar masaya
üzüaşağı düzülür. Eyni vaxtda uşaqların hərəsi 2 kart açır və kartlarda yazılmış ədədlərin hasilini
tapır. Hasil böyük olan oyunçu qalib gəlir.
5
10
15
20
25
30
35
Anar 10 və 15 ədədləri yazılan kartları açdı. Səbinənin açdığı 1-ci kartda 5 ədədidir. Onun
açdığı 2-ci kartda hansı ədəd olsa, o, qalib gələr?
Səbinə 15 və 35 yazılan kartları açdı. Anarın açdığı 1-ci kartda 20 ədədidir. O qalib gələ
bilərmi?
Anar 25 və 30 yazılan kartları açdı. Səbinə qalib gələ bilərmi?
Fikrinizi əsaslandırın.
9. Qanunauyğunluğu müəyyən edin. Fiqurun sıra nömrəsini və altıbucaqlıların sayını təsvir
edən cədvəl qurun. 5-ci fiqurda neçə altıbucaqlı olacağını tapın.
10. Samır kağızdan kəsdiyi kvadratı əvvəlcə 2 yerə qatladı. Sonra qatlardan birinin
1 3
hissəsini rənglədi. Rənglənmiş hissə kvadratın hansı hissəsidir?
11. Şəkildəki hansı iki fiquru yanaşı qoymaqla trapesiya düzəltmək olar?
12. ∠ AOB, ∠ BOC, ∠ COD və ∠ BOD bucaqlarının dərəcə ölçüsünü tapın.
13. Sözlərlə verilmiş ədədləri rəqəmlərlə yazın. Bu ədədləri artan sıra ilə düzün.