1. Xətti diaqramda iki məktəb bufetində həftənin
5 günü ərzində satılan sendviçlərin sayı
verilmişdir. Suallara cavab verin. • A məktəbində hansı günlərdə sendviçlərin satışı
əvvəlki günlə müqayisədə artmış, azalmış
və ya dəyişməmişdir? • B məktəbində hansı günlərdə sendviçlərin satışı
əvvəlki günlə müqayisədə artmış, azalmış
və ya dəyişməmişdir?
Həftə ərzində satılan sendviçlərin sayı
• Xətti diaqramda y dəyişəninin qiyməti bəzi
aralıqlarda az, bəzi aralıqlarda isə çox dəyişə
bilər. Məsələn, xətti diaqrama əsasən Elxanın
kütləsi ən çox 9-10 yaş arasında, Samirin kütləsi
isə 10-11 yaş arasında artmışdır.
Elxan və Samirin kütlələri hər yaşda əvvəlki
yaşla müqayisədə nə qədər artmışdır?
Elxan və Samirin kütləsi
Məsələ həlli
2. Xətti diaqramda turistin 3 saat ərzində
piyada getdiyi yol təsvir edilib. • Turist hansı saatda əvvəlki saatla
müqayisədə ən az məsafə qət etdi? • Turist 11 2 saat ərzində nə qədər
yol getdi?
Turistin getdiyi yol
3. Xətti diaqramda A və B şəhərlərində 6 ay ərzində
ən yüksək temperatur göstəriciləri təsvir edilib. • A şəhərində əvvəlki ay ilə müqayisədə temperatur
artımı ən çox hansı ayda olmuşdur? • B şəhərində əvvəlki ay ilə müqayisədə temperatur
artımı ən çox hansı ayda olmuşdur? • Hansı şəhərdaha istidir? • Diaqrama aid bir neçə sual tərtib edin və cavab verin.