Sürət və zaman məlumdursa, gedilən yolu (məsafəni) belə tapmaq olar:
Gedilən yol = Sürət ⋅ Zaman
Məsələn, 90 km/saat sürətlə gedən maşının 3 saat ərzində
neçə kilometr məsafə qət etdiyini belə tapmaq olar:
90 ⋅ 3 = 270 km
Gedilən yol (məsafə) və sürət məlumdursa, zamanı belə tapmaq olar:
Zaman = Gedilən yol : Sürət
Məsələn, idmançı 200 m məsafəni 5 m/san sürətlə qaçdı.
Onun bu məsafəni neçə saniyəyə qaçdığını belə tapmaq olar:
200 : 5 = 40 san