Gepard hər saniyədə eyni məsafə olmaqla 180 m məsafəni 6 saniyəyə qaçır.
Şir isə hər saniyədə eyni məsafə olmaqla 100 m məsafəni 5 saniyəyə qaçır.
Cədvəldə verilən vaxtlar ərzində onların qət etdikləri məsafələri müəyyən
edin və hansı heyvanın daha tez qaçdığını tapın.
Bunu başqa cür necə tapmaq olar?
Açar
sözlər
sürət
m/san
m/dəq
km/saat
1 san
2 san
3 san
4 san
5 san
6 san
Gepard
Şir
Öyrənmə
Hərəkət edən obyektin bir yerdən başqa yerə tez və ya gec
çatması onun sürətindən asılıdır. Məsələn, 1 saatda velosipedçi
15 km, piyada isə 6 km yol gedir. Bu halda velosipedçinin
sürəti saatda 15 km, piyadanın sürəti isə saatda 6 km-dir.
Bu, qısa olaraq 15 km/saat və 6 km/saat kimi yazılır.
Beləliklə, eyni məsafəni velosipedçi piyadadan daha tez qət edir.
Velosipedçinin tez çatmasının səbəbi onun daha sürətlə getməsidir.
Gedilən yolu bu yolu getməyə sərf edilən zamana bölməklə sürəti
tapmaq olar:
Sürət = Gedilən yol: Zaman
Gedilən
yol
SürətZaman
Sürətin ölçü vahidi məsafə və zaman vahidlərinin seçilməsindən asılıdır. Çox vaxt sürət
vahidi kimi km/saat, m/san, m/dəq istifadə olunur.
Bələdçi
Şərtə görə sürəti tapın (sürətin yol boyunca dəyişmədiyini nəzərə alın).
• NÜMUNƏ •
İdmançı
5 dəqiqəyə
800 m qaçır.
800 : 5 = 160 m/dəq
İdmançı 160 m/dəq və ya
dəqiqədə 160 m sürətlə qaçır.
a)
Avtomobil 3 saatda
180 km yol qət edir.
b)
Tısbağa 240 sm
məsafəni
12 saniyəyə
gedir.
c)
Qonur dovşan
6 saniyəyə
96 m qaçır.
Müstəqil iş
1. Verilmiş yol boyunca sürətin dəyişmədiyini nəzərə alaraq suallara cavab verin.
a) Piyada 8 400 m məsafəni 60 dəqiqəyə qət etdi. Onun sürəti nə qədər oldu?
b) Təyyarə hansı sürətlə uçarsa, 3 000 km məsafəni 5 saatda qət edər?