Hadisənin başlanma vaxtı ilə davametmə müddətini toplamaqla hadisənin bitmə
vaxtını tapmaq olar. Məsələn, film saat 14:45-də başlayıb 1 saat 40 dəqiqə
davam
edərsə, onun bitmə vaxtı belə tapılar:
Başlanma vaxtıBitmə vaxtı - ?
Müddət 1 saat 40 dəq
85 dəq = 1 saat 25 dəq
15 saat 85 dəq = 16 saat 25 dəq
Film saat 16:25-də bitdi.
Hadisənin bitmə vaxtından başlanma vaxtını çıxmaqla, onun davametmə
müddətini
tapmaq olar. Məsələn, qatar saat 17:45-də yola düşüb 20:15-də çatıbsa, onun
yolda olma
müddəti belə tapılar:
Başlanma vaxtıBitmə vaxtı
Müddət - ? 2 saat 30 dəq
15 dəqiqə 45 dəqiqədən kiçik olduğu
üçün 20 saatın 1 saatı 60 dəqiqə kimi
15 dəqiqəyə əlavə edilir.
20 saat 15 dəq = 19 saat 75 dəq
Qatar 2 saat 30 dəqiqə yolda oldu.
Hadisənin bitmə vaxtından onun davametmə müddətini çıxmaqla həmin hadisənin
başlanma vaxtını tapmaq olar.
1 saat 50 dəqiqə davam edən tamaşa saat 14:20-də bitərsə, bu tamaşa saat neçədə
başlamışdı? Bunu necə tapmaq olar?
4. Hesablayın.
5 saat 05 dəq - 2 saat 30 dəq
6 saat 50 dəq + 2 saat 20 dəq
7 saat 10 dəq - 50 dəq
5. Saatın göstəricisinə əsasən uyğun vaxtları tapın.