Laləgil qatarla Gəncə şəhərindən saat 13:30-da
yola düşdülər və 300 dəqiqə
sonra Bakıya çatdılar. Onlar stansiyadan evə 35 dəqiqəyə gəldilər.
Laləgil Bakıya saat neçədə çatdılar?
Laləgil evə saat neçədə çatdılar? Bunu necə tapmaq olar?
Onlar yolda cəmi neçə saat və neçə dəqiqə oldular?
Öyrənmə
Böyük vahidlə verilmiş zamanı kiçik vahidlə ifadə etdikdə zamanın
qiyməti vahidin uyğun qiymətinə vurulur, böyük vahidlə ifadə etdikdə
isə vahidin uyğun qiymətinə bölünür.
3 saat = 3 ⋅ 60 dəq = 180 dəq
300 dəq = 300 : 60 = 5 saat
5 dəq = 5 ⋅ 60 san = 300 san
420 san = 420 : 60 = 7 dəq
1 dəq = 60 san
1 saat = 60 dəq
1 gün = 24 saat
1 həftə = 7 gün
1 il = 12 ay
1 il = 365 (4 ildən
bir 366) gün
1 əsr = 100 il
• Zaman müxtəlif vahidlərlə verildikdə onu daha kiçik vahidə çevirib eyni vahidlə yazmaq
olar.
2 dəq 30 san = 2 ⋅ 60 san + 30 san = 120 san + 30 san = 150 san
• Böyük vahidlərə keçərkən ədəd tam bölünmədikdə qarışıq vahidlərdən istifadə etmək olar.