2.
Düsturdan istifadə etməklə düzbucaqlıların perimetrini şifahi tapın.
- Tərəfləri bərabər olan çoxbucaqlının perimetrini tapmaq üçün onun bir
tərəfinin uzunluğunu tərəflərin (bucaqların) sayına vurmaq lazımdır.
Məsələn, bütün tərəflərinin uzunluğu a olan beşbucaqlının perimetrini
bu düsturla tapmaq olar:
P = a +
a + a + a + a
yaxud
P = 5 ⋅ a
Tərəfi b olan bərabərtərəfli üçbucağın perimetrini hansı düsturla tapmaq olar?
3.
Bütün tərəflərinin uzunluğu a olan beşbucaqlı və altıbucaqlının perimetrini tapmaq
üçün düsturlar yazın.
a) a = 4 sm; b) a = 9 mm; c) a = 24 dm olduqda bu çoxbucaqlıların
perimetrlərini tapın.
4.
Düzbucaqlılardan düzəldilmiş fiqurun verilməyən tərəflərinin uzunluğunu tapın.
Bu fiqurun perimetrini hesablayın.