Bağban tərəfi 6 m olan kvadrat formalı bağçada nərgiz və lalə
güllərini əkdi. Nərgiz əkilən sahənin eni 4 metrdir.
Nərgiz və lalə əkilən sahələrin hər birinin perimetri nə qədərdir?
Bu sahələrin perimetrləri cəmi bağçanın perimetrinə bərabər
olarmı? Fikrinizi əsaslandırın.
Öyrənmə
• Müstəvi fiqurun perimetri onun tərəflərinin uzunluqları cəminə bərabərdir. Tərəflərinin
uzunluğu a və b olan düzbucaqlının perimetrini tapmaq üçün bu düsturdan istifadə etmək olar.
P = a + b + a + b
Burada P - düzbucaqlının perimetri, a - uzunluğu, b - enidir.
• Düzbucaqlının perimetrini hesablamaq üçün bu düsturu
başqa cür də yazmaq olar:
P = 2 ⋅ a + 2 ⋅ b
yaxud
P = 2 ⋅ (a + b)
a (uzunluq)
b (en)
Yadda saxla • Hesablama
zamanı bütün ölçülər eyni vahidlərlə ifadə olunmalıdır.
Tərəfinin uzunluğu a olan kvadratın perimetrini hansı
düsturla hesablamaq olar?
aP = ?
Bələdçi
Düsturdan istifadə etməklə düzbucaqlının perimetrini hesablayın.
8 sm
12 sm
yaxud
a = 12 sm, b = 8 sm, P = ?
P = 2 ⋅ a + 2 ⋅ bP = 2 ⋅ 12 + 2 ⋅ 8 = 24 + 16 = 40 sm
P = 2 ⋅ (a + b)P = 2 ⋅ (12 + 8) = 2 ⋅ 20 = 40 sm
Müstəqil iş
1. Düzbucaqlıların uzunluğunu və enini
ölçün. Düsturdan istifadə etməklə onların
perimetrini tapın.