Millimetrlə verilmiş ölçüləri onluq kəsrlərdən istifadə etməklə santimetrlə yazmaq olar.
1 mm = 0,1 sm
8 mm = 0,8 sm
23 mm = 20 mm + 3 mm = 2 sm + 0,3 sm = 2,3 sm
4. Boş xanalara uyğun ədədləri müəyyən edin.
5 mm = sm
12 mm = sm
25 mm = sm
52 mm = sm
102 mm = sm
5. Bərabər uzunluqları müəyyən edin.
3 000 m
7 sm
162 sm
3 km
4 5 km
1 m 62 sm
0,7 dm
800 m
7 100 m
Məsələ həlli
6. Zolaqların uzunluqları cəmi neçə santimetrdir? Cavabı millimetrlə ifadə edin.
7. Bakıdan Qubaya qədər məsafə 167 km 900 metrdir. Bakıdan
Qusara getmək üçün Qubadan sonra 131 4km əlavə yol getmək
lazımdır. Bakıdan Qusara qədər məsafə neçə metrdir?