Mavi zolağın uzunluğunu müəyyən edin.
Yaşıl zolağın uzunluğu bunun 5 7 hissəsinə
bərabərdir.
Yaşıl zolağın uzunluğu neçə millimetrdir? Bunu bir neçə üsulla tapın.
Öyrənmə
Ölçü vahidləri arasında əlaqədən istifadə etməklə bir vahidi başqa bir
vahidlə ifadə etmək olar.
• Böyük vahidlə verilmiş ölçünü kiçik vahidə çevirdikdə ölçünün qiyməti
vahidin uyğun qiymətinə vurulur.
1 km = 1 000 m
1 m = 100 sm
1 sm = 10 mm
1 m = 1 000 mm
• Uzunluq müxtəlif vahidlərlə verildikdə onu eyni vahidə çevirmək olar:
2 km 235 m = 2 ⋅ 1 000 m + 235 m = 2 235 m
• Adi kəsrlərlə verilmiş ölçüləri daha kiçik vahidlərlə ifadə etmək olar.
3 5 kilometri metrlə ifadə etmək uçun
kilometr metrə
çevrilir, 1 000 metrin 3 5 hissəsi
tapılır və metrlə yazılır.
3 5 km = 1 000 m : 5
⋅ 3 = 600 m
13 5 km =
1 km + 3 5 km = 1 000 m + 600 m = 1 600 m