1. Əvvəlki tapşırıqda verilmiş cədvələ əsasən sualları cavablandırın.
• Aylar üzrə dəyişən və dəyişməyən xərclər nə qədərdir?
• Ailənin aylar üzrə ümumi xərcləri nə qədərdir?
• Ailənin aylıq gəliri 1 900 manat olarsa, 4 ayda ailənin yığımı nə qədər olacaq?
• İlin sonuna qədər qalan müddətdə ailənin xərcləri ilk 4 ayda olduğundan 2 dəfə çox oldu.
İlin sonunda ailənin illik yığımı qiyməti 10 000 manat olan maşın almağa çatarmı?
İnsanlar bəzən bir-birindən, yaxud banklardan bir müddətdən sonra qaytarmaq
şərtilə borc pul ala bilərlər. Banklardan alınan borc pul müəyyən müddət ərzində
əlavəsi
ilə qaytarılmalıdır. Bankdan alınan belə pul kredit adlanır.
Tutaq ki, müştəri 1 il ərzində məbləğin 1 5 hissəsini əlavə
ödəməklə 2 000 manat kredit götürdü. Bu halda
onun ödəyəcəyi əlavə məbləği belə tapmaq olar.
2 000 : 5 ⋅ 1 = 400 manat
Beləliklə, müştərinin 1 il ərzində götürdüyü 2 000 manat
kreditə görə banka qaytarılacaq ümumi məbləği
belə hesablamaq olar:
2 000 + 400 = 2 400 manat
Çox zaman mağazadan hər hansı mal aldıqda da kreditdən istifadə etmək olur.
Alınan məbləğ 2 000 man
Əlavəsi ilə qaytarılan məbləğ 2 400 man
2. Suallara cavab verin.
• Bankdan 9 000 manat kredit götürən iş adamı 1 ildə məbləğdən əlavə, onun 15 100 hissəsini
qaytarmalıdır. O, kreditə görə banka əlavə nə qədər pul qaytarmalıdır?
• Samirin atası qiyməti 630 manat olan mobil telefon almaq istədi. Mağaza bu telefonu
6 ayda məbləğin 1 6 hissəsi qədər əlavə ödəməklə təklif etdi. Bunun üçün mağazaya
ümumilikdə nə qədər pul ödəmək lazımdır?
Məsələ həlli
3. Fermer kənd təsərrüfatı texnikası mağazasından qiyməti 800 manat
olan otbiçən maşın almaq istədi. Mağaza bu texnikanı ona 4 ay ərzində
hər ay 216 manat ödəmək şərtilə kreditlə almağı təklif etdi.
Fermer otbiçən maşını kreditlə alarsa, cəmi nə
qədər pul ödəməlidir?
O, texnikanın pulunu kreditlə ödədiyi halda nə
qədər əlavə ödəmiş olar?