Satılan hər malın qiyməti onun ölçü vahidi ilə
müəyyən olunur. Məsələn, marketlərdə çörəyin
qiyməti 1 ədəd üçün, kartofun qiyməti 1 kq üçün,
südün qiyməti isə 1l üçün müəyyən olunur.
Eyni maldan müəyyən miqdarda aldıqda ödəniləcək
məbləğ bu düsturla hesablanır:
Miqdar ⋅ Qiymət = Məbləğ
Bu üç kəmiyyətdən ikisi məlum olduqda üçüncünü
tapmaq olar.
Qiymət = Məbləğ : Miqdar
Miqdar = Məbləğ : Qiymət
Bəzi hallarda məbləğ sözü əvəzinə ödəniləcək pul və ya əldə
edilən gəlir ifadələri işlədilir.
3. Cədvəli tamamlayın.
Malın adı
Qələm
Yağ
Pomidor
Süd
Naqil
Un
Dəftər
Miqdarı
3 ədəd
3 kq
2 kq
2 m
50 kq
3 ədəd
1 vahidin qiyməti
1 man
2,10 man
2 man
1,4 man
Məbləğ
21 man
6 man
100 man
90 qəp
4. Suallara cavab verin.
a) 1 m parçanın qiyməti 9 manatdır. 3 m parça almaq üçün nə qədər ödəmək lazımdır?
b) 1 ədəd çörək 40 qəpikdir. 80 qəpiyə neçə çörək almaq olar?
c) Alıcı 4l südə 8 manat ödədi. 1l südün qiyməti nə qədərdir?
d) 3 kq bal üçün 72 manat ödədilər. 5 kq bal üçün nə qədər ödəmək lazımdır?
Məsələ həlli
5. Samir 2 südlü və 1 tünd şokolad üçün 3,95 manat ödəməlidir.
Hansı şokolad bahadır? Nə qədər?
Samir satıcıya 4 manat verərsə, satıcı ona nə qədər pul qaytarmalıdır?
6. Birinci alıcı 1 kq yağ, 2 ədəd
xama və 2 ədəd 1l-lik süd
üçün 18,20 manat ödədi. Digər
alıcı 2 kq yağ və 3 ədəd
1l-lik süd aldı. O, nə qədər pul
ödəməlidir?