• Məsələni həll etmək üçün sonda verilənlərdən başlayaraq əvvələ qayıdılır. Başqa sözlə,
əvvəlcə nəticəyə əsasən ilkin verilənlər tapılır və sonrakı suallar cavablandırılır.
MƏSƏLƏLƏRİ GÖSTƏRİLƏN ÜSULLA HƏLL EDİN
1.
Səbinə fikrində bir ədəd tutdu. Bu ədədi 5-ə bölüb 3 çıxdıqda 12 alınır. Bu hansı ədəddir?
2.
Elxanın yaşını 4-ə vurduqda atasının yaşından 6 vahid çox alınır. Elxanın atasının 34 yaşı
var. Elxanın neçə yaşı var?
3.
Vərəqi iki dəfə qatlayıb şəkildəki kimi kəsdilər.
Vərəqi açdıqda alınan fiquru tapın.
4.
Lalənin dərsi hər gün saat 8:30-da başlayır. O, evdən məktəbə 35 dəqiqəyə
çatır. Lalə növbətçi olduğu üçün dərsin başlanmasına 15 dəqiqə
qalmış sinifdə olmaq istəyir. O, evdən saat neçədə çıxmalıdır?
5.
Aynurun stikerləri Anarınkından 2 dəfə
çoxdur. Anarın stikerləri Səbinəninkindən 4
ədəd çoxdur. Səbinənin 22 stikeri varsa,
uşaqların birlikdə neçə stikeri olar?