1. Alıcı marketdən şəkildəki mallardan
üçünü alıb 20 manat ödədi. Satıcı ona 9
manat qaytardı. O hansı üç malı aldı?
2. Həyətdə toyuqlar və qoyunlar var. Onların birlikdə 5 başı və 14 ayağı olduğu məlumdursa,
həyətdə neçə toyuq və neçə qoyun var?
3. Aynurun karandaşları Səbinənin karandaşlarından 2 ədəd çoxdur. Səbinə 1 karandaşını
Aynura versə, Aynurun karandaşları Səbinənin karandaşlarından 3 dəfə çox olar. Onların
hər birinin neçə karandaşı var?
"TAM-HİSSƏ" MODELİ İLƏ MƏSƏLƏ
HƏLLİ
• Ümumi qiymət tam kimi qəbul edilir və onun hissələri tapılır.
Nümunə. Samir və Lalənin cəmi 28 manat
pulu var. Lalənin pulu Samirinkindən 4 manat
çoxdur. Hər uşağın nə qədər pulu var?
Həlli:
Samirin pulu 1 hissə, Lalənin pulu isə 1 hissədən 4 vahid
çox qəbul edilir. Uşaqların birgə pulundan 4 manat çıxılır.
28-4 = 24
Qalan pul 2 bərabər hissədən ibarətdir.
1 hissəni tapmaq üçün 24 ədədi hissələrin
ümumi sayına, yəni 2-yə bölünür.
24 : 2 = 12
Deməli, 1 hissə 12-yə bərabərdir. Hər uşağın pulu tapılır.
Samirin pulu (1 hissə): 12
Cavab. Samirin 12 manat, Lalənin isə 16 manat pulu var.
Cavabın
doğruluğunu yoxlayın.
Lalənin pulu (1 hissədən 4 vahid çox): 12 + 4 = 16
MƏSƏLƏLƏRİ GÖSTƏRİLƏN ÜSULLA HƏLL EDİN
1. 4 "A" sinfində 25 şagird oxuyur. Bu sinifdəki qızların
sayı oğlanlardan 3 nəfər çoxdur. Sinifdə neçə oğlan və
neçə qız oxuyur?