Anar: - Mən rəqsə yazıldım. Elxan: - Mən futbola yazılmadım. Samir: - Mən şahmata yazılmadım.
Elxan və Samir hansı dərnəklərə yazıldı?
Anar
Elxan
Samir
Futbol
Rəqs
Şahmat
Göstəriş. Hər uşağın fikrini yoxlayın.
1) Anar rəqsə yazılıbsa, deməli, digər uşaqlar ya futbola, ya da şahmata yazılıb.
2) Elxan futbola yazılmayıbsa, deməli, şahmata yazılıb.
Mühakimələri davam etdirin və məsələni həll edin.
2. 1, 2, 3, 4 rəqəmlərini boş xanalara elə
yerləşdirin ki, hər sətir və ya hər sütunda
fərqli rəqəmlər olsun.
3. 8 litrlik qazan süd ilə doludur. Tutumları
5 l olan dolçadan və 3 l olan balondan istifadə
etməklə 6 l südü necə əldə etmək
olar?
MƏLUMATLARI TƏHLİL ETMƏKLƏ MƏSƏLƏ HƏLLİ
• Şərtə əsasən bütün hallar bir-bir yoxlanılır və uyğun cavab tapılır.
Nümunə. Samir içməyə bir ədəd və yeməyə
bir ədəd nəsə aldı. O, satıcıya 4 man 50 qəp
ödədi. Samir yeməyə və içməyə nə aldı? Göstəriş. Yemək və içməklərin qiymətlərini
bir-bir toplamaqla Samirin nə aldığını tapın.
1) Çay - 50 qəp və qutab - 70 qəp Cəmi: 50 qəp + 70 qəp = 1 man 20 qəp Nəticə. Samir çay və qutab almayıb.
Bir-bir yoxlamaqla düzgün cavabı tapın.
Çay - 50 qəp
Qəhvə - 1 man 20 qəp
Ayran - 40 qəp
Şirə - 1 man
Qutab - 70 qəp
Kruassan - 2 man
Pitsa - 3 man 50 qəp
Tort - 4 man 20 qəp
2) Çay - 50 qəp və kruassan - 2 man Cəmi: 50 qəp + 2 man = 2 man 50 qəp Nəticə. Samir çay və kruassan almayıb.