1. Şirkət endirim kampaniyasında hər 2 pitsa alana 250 ml ayran hədiyyə verdi. Bu kampaniyada
gün ərzində 1 500 ml ayran hədiyyə edildisə, buna uyğun olaraq neçə pitsa satıldı?
2. Çap evindəki kiçik printer 1 səhifəni 12 saniyəyə, böyük printer isə 3 səhifəni 20 saniyəyə
çap edir. Kiçik printer 5 səhifə çap etdiyi müddətdə böyük printer neçə səhifə çap edər?
3. Aşpaz bir salat üçün 4 ədəd xiyar, 6 ədəd kök və 3 ədəd kartof istifadə edir. O, bir neçə salat
düzəltdi və 24 ədəd kök istifadə etdi. Aşpaz salatlara nə qədər xiyar və kartof istifadə etdi?
MƏNTİQİ ƏSASLANDIRMAQLA MƏSƏLƏ HƏLLİ
• Məlum faktlara əsasən məntiqi mühakimələr ardıcıllığı qurulur və nəticə çıxarmaqla
cavab tapılır. Bunun üçün sxem və təsvirlərdən istifadə oluna bilər.
Nümunə. Samir, Aynur, Lalə və
Anar öz aralarında şahmat yarışı
təşkil etdilər. Şərtə görə, uduzan
oyunçu yarışı tərk etməli idi.
Samir ilk oyunda Aynura
uduzub yarışdan çıxdı. Lalə bir
oyunu uddu, birini isə uduzdu.
Yarışın qalibi kim oldu?
1. Məktəbdə futbol, şahmat və rəqs dərnəkləri fəaliyyət göstərir. Anar, Elxan və Samir
hər biri fərqli dərnəklərə yazıldı. Lalə onlardan kimin hansı dərnəyə yazıldığını soruşdu.