1. Xalçanın uzunluğu 4 metrə bərabərdir. Anar xalçanın enini ölçüb sahəsinin 8 m2 olduğunu hesabladı. Xalçanın eni nə qədərdir?
2. Rəsm müsabiqəsi üçün alınan bütün rəngli karandaşlar 30 şagird arasında bərabər paylandı. Hər şagirdə 3 karandaş düşdü. Müsabiqə üçün neçə rəngli karandaş alınmışdı?
3. Samirin anası iki 10 manatlıq və bir 5 manatlıq pul ödəyib bir neçə kitab aldı. Hər kitabın qiyməti 5 manat olarsa, o neçə kitab aldı?