1.
Onluq kəsr şəklində yazın və bir neçəsini ədəd oxunda göstərin.
a) sıfır tam onda dörd
b) bir tam onda səkkiz
c) beş tam onda üç
d) on iki tam onda altı
e) səkkiz tam onda iki
f) iyirmi tam onda beş
2.
Onluq kəsr şəklində yazın və ədəd oxunda göstərin.
2
10
7
10
3
10
5
10
16
10
27
10
19
10
24
10
15
10
23
10
- Onluq kəsrin yazılışında vergüldən sonra ikinci mərtəbə yüzdəbirlər mərtəbəsidir.
Yüzdəbirlər mərtəbəsinin vahidi 0,01-dir.
Sıfır tam yüzdə bir
Rəqəmlərlə yazılışı: 1,25
Bir tam yüzdə iyirmi beş
Sözlərlə yazılışı: bir
tam yüzdə iyirmi beş
Burada 1 - tam hissə, 0,25 - kəsr hissədir.
1 ədədi neçə 0,01-ə bərabərdir?
0,1 neçə 0,01-ə bərabərdir?
3.
Mərtəbə cədvəlinə uyğun ədədləri yazın və oxuyun. Tam və kəsr hissələri müəyyən edin.
4.
Sözlə verilmiş onluq kəsrləri rəqəmlərlə yazın.
a) sıfır tam yüzdə on dörd
b) beş tam yüzdə iyirmi üç
c) iki tam yüzdə on altı
d) on bir tam yüzdə on iki
e) üç tam yüzdə beş
f) on beş tam yüzdə bir