Məxrəci 10, 100 və s. olan kəsrləri onluq kəsrlər şəklində yazmaq olar. Onluq kəsrlərin
yazılışında tam hissədən sonra vergül qoyulur, sonra isə kəsr hissə yazılır.
Yazılışına görə tam və kəsr hissələri vergüllə ayrılan ədədlər onluq kəsrlər,
kəsr xətti ilə
yazılan kəsrlər isə adi kəsrlər adlanır.
Onluq kəsrin yazılışında vergüldən sonra birinci mərtəbə ondabirlər
mərtəbəsidir.
Ondabirlər mərtəbəsinin vahidi 0,1-dir.
Rəqəmlərlə yazılışı: 2,3
Sözlərlə yazılışı: iki tam onda üç
Burada 2 - tam hissə, 0,3 - kəsr hissədir.
1 ədədi neçə 0,1-ə bərabərdir? 0,4 neçə 0,1-ə bərabərdir?