12.
Səbinə hədiyyə qutusunu bəzəmək üçün eyni uzunluqlu sarı və qırmızı lent aldı. O, sarı lentin
3
4 hissəsini, qırmızı lentin isə
8
12
hissəsini kəsdi. Bu hissələrin uzunluqları bərabər,yoxsa fərqlidir?
13.
İki velosipedçi eyni vaxtda qonşu qəsəbələrdən qarşı-qarşıya yola düşdü. 1-ci velosipedçi
yolun 1
3 hissəsini qət etdikdə 2-ci velosipedçi
yolun 5
12 hissəsini qət etdi.
• Velosipedçilərin qət etdiyi yolların uzunluqları bərabər, yoxsa fərqlidir?
• Qəsəbələr arasındakı məsafə 24 km olarsa, həmin anda velosipedçilər arasındakı məsafə
neçə kilometr olar?
14.
Lalə sifariş etdiyi pitsanın 6
8 hissəsini dostları
ilə bölüşmək istədi. Gətirilən pitsa 16 bərabər dilimə bölünmüşdü. Lalə dostları
ilə neçə dilimi bölüşməlidir?