8. Abakda təsvir edilmiş ədədləri oxuyun. Bu ədədlərin cəminin onların fərqindən neçə dəfə çox
olduğunu müəyyən edin.
9. Boş xanalara uyğun rəqəmləri müəyyən edin. Cavabı yoxlayın.
10. Venn diaqramının orta hissəsinə uyğun əlamətləri tapın. Diaqramda səhv yerləşdirilmiş
ədədləri müəyyən edin. Həmin ədədlər diaqramın hansı hissəsində olmalıdır?
11. Verilən ədədlər arasında dairədəki ədədlərin bölənlərini tapın.
2, 3, 5, 6, 9, 10, 15, 18, 29, 36
a)
375
b)
432
c)
1 885
d)
4 680
e)
16 464
12. Ədəd oxunda hərflərlə işarələnmiş ədədlərdən şərtə uyğun olanları müəyyən edin.
a) Bu ədəd 5 600-dən böyük, 6 500-dən kiçikdir.
b) Bu ədədləri minliklərə qədər yuvarlaqlaşdırdıqda 7 000 alınar.
c) Bu ədədlərin cəmi 7 500-dən kiçikdir.
d) Bu ədədlərin fərqi 8 800-dən böyükdür.
• B və C nöqtələrinin tən ortasında yerləşən ədəd hansıdır? Bunu necə tapmaq olar?