2. Şəkildəki həndəsi ornament hansı fiqurdan və necə düzəldilib? Bu fiqurdan neçə dənədir?
Həndəsi ornamentlər bir neçə fərqli fiqurun müəyyən qanunauyğunluqla və
aralarında boşluq buraxmadan yanaşı düzülüşündən də alına bilər.
Oxşar ornamentlərə rast gəlmisinizmi?
3. Ornamentlərin hansı fiqurlardan və necə alındığını tapın.
a)
b)
c)
Məsələ həlli
4. Mauris Eşer (Escher, 1898-1972) dünyanın ən məşhur qrafik rəssamlarından biridir.
Onun aşağıda təqdim olunan əsərləri fiqurların hansı hərəkətləri nəticəsində alınmışdır?
a)
b)
c)
5. Samir şəkildəki kimi naxış düzəldib onu bir neçə dəfə təkrarlamaq
istədi. O, 20 sarı kvadrat kəsdi. Samir bütün sarı kvadratlardan istifadə
edə bilməsi üçün digər fiqurlardan neçə dənə kəsməlidir?
6. Lalə səkkizbucaqlı, kvadrat və üçbucaqları kəsib üst-üstə
yapışdırmaqla şəkildəki kimi naxış düzəltmək istədi.
• O, 7 kvadrat, 26 üçbucaq və 9 səkkizbucaqlıdan neçə
belə naxış düzəldə bilər?
• Hansı fiqurdan artıq qalar? Nə qədər?