3.
Samirin oxuduğu səhifələrin sayı cədvəldə göstərilib. Burada
x - günlərin sayını, y - Samirin bu zaman ərzində oxuduğu
səhifələrin sayını bildirir. Xətti diaqramda cədvələ uyğun nöqtələri
tapın.
- (4; 24) koordinatları nəyi bildirir?
- Belə davam edərsə, Samir 6 günə
neçə səhifə oxuyar?
- Bunu xətti diaqramda necə təsvir etmək olar?
x |
0 |
1 |
2 |
3 |
4 |
y |
0 |
6 |
12 |
18 |
24 |
4.
Koordinat şəbəkəsində simmetrik olan gül bağçasının yarısı
və onun simmetriya oxu təsvir olunub. Gül bağçasının təpə
nöqtələrinin koordinatlarını tapın.