1. Şəkildə verilən fiqurların təpə nöqtələrinin koordinatlarını yazın.
Yadda saxla •
Bəzən nöqtə koordinat oxlarından birinin
üzərində yerləşə bilər. Bu halda digər
koordinat sıfıra bərabər olur: E (0; 3), D (2; 0).
Koordinat başlanğıcı olan O nöqtəsinin
koordinatlarının (0; 0) olduğunu necə izah etmək olar?
2. Koordinat şəbəkəsində evin yeri A nöqtəsi ilə qeyd
olunub. Obyektlərə uyğun nöqtələrin koordinatlarını yazın.
Market evdən 4 vahid sağda və 3 vahid yuxarıda yerləşir.
Aptek marketdən 1 vahid sağda, 4 vahid aşağıda yerləşir.
Kitab mağazası aptekdən 5 vahid solda və 2 vahid aşağıda yerləşir.
Dayanacaq kitab mağazasından 2 vahid sağda yerləşir.
Məlumatları xətti diaqramlarda təsvir etmək üçün koordinat
şəbəkəsindən istifadə olunur. Bu zaman cədvəldə x və y
dəyişənlərinin qiymətləri uyğun koordinatlar kimi qəbul edilir.
Məsələn, x ilə zamanı, y ilə bu zaman ərzində piyadanın
getdiyi yolu işarə edək. Uyğun xətti diaqramı çəkmək üçün
cədvəldəki koordinatlara uyğun nöqtələr koordinat şəbəkəsində
qeyd edilir və parçalarla birləşdirilir.
Zaman
Gedilən yol
Koordinatlar
→
→
→
x
0
1
2
3
y
0
2
4
6
(x; y)
(0; 0)
(1;2)
(2; 4)
(3; 6)
x və y dəyişənləri arasında hansı qanunauyğunluq var?