4. Yol xəritəsində göstərilən iki yolun
kəsişməsindən hansı bucaqlar əmələ gəlir?
Onların ölçüləri nə qədərdir?
5. Sifarişçi ustanın tikəcəyi pilləkənin
şəklinə baxıb bundan 15° az bucaq
təşkil edən pilləkən tikməyi xahiş etdi.
Şəkildəki bucağı ölçün. Tikiləcək pilləkən
neçə dərəcə bucaq əmələ gətirməlidir?
6. Bilyard şarı divara dəyib qayıdır. CDB və EDA bucaqları
bir-birinə bərabərdir, BDA bucağı isə düz bucaqdır.
Bu bucaqların dərəcə ölçüsü nə qədərdir?
7. Kimin fikri səhvdir?
Kor bucaqdan kiçik olan
bütün bucaqlar iti bucaqdır.
Kor bucağın yarısı
iti bucaqdır.
İki iti bucağın cəmi
həmişə kor bucaqdır,
İti bucaqla düz bucağın
cəmi həmişə kor bucaqdır.
Anar
Səbinə
Lalə
Elxan
8. KNL bucağı LNP bucağından 3 dəfə böyükdür.
LNP bucağı 20°-yə bərabər olarsa, KNP bucağı
neçə dərəcədir?