Bucaqların dərəcə ölçüsünü müəyyən etmək və onları qurmaq
üçün transportirdən istifadə olunur.
Bucağı ölçmək üçün transportir elə qoyulur ki, bucağın təpəsi
transportirin mərkəzinə, bucağın bir tərəfi isə dərəcə şkalasında 0°
üzərinə düşsün. Transportirin şkalası üzərində digər tərəfə uyğun
ədəd həmin bucağın dərəcə ölçüsünü göstərir.
Transportirdə daxili şkala və xarici şkala olur. 0° səviyyə hansı şkaladan
seçilərsə, ölçmə də həmin şkalada aparılır.
OB şüası daxili şkalanın 0° bölgüsü üzərində olduğu üçün AOB
bucağının dərəcə ölçüsü 60°-dir.
OD şüası xarici şkalanın 0° bölgüsü üzərində olduğu üçün COD
bucağının dərəcə ölçüsü 50°-dir.