Verilmiş nöqtədən eyni məsafədə yerləşən bütün nöqtələrin əmələ gətirdiyi müstəvi fiqur
çevrə
adlanır. Verilmiş nöqtə
çevrənin mərkəzi
adlanır.
Radius
(r)
mərkəzlə çevrə
üzərində istənilən nöqtəni
birləşdirən parçadır.
Bu parçanın uzunluğu da
radius
adlanır.
Diametr
(d)
mərkəzdən
keçən və çevrənin ixtiyari iki
nöqtəsini birləşdirən parça,
həmçinin onun uzunluğudur.
Diametri verilən
çevrənin radiusunu
necə tapmaq olar?
Çevrəni çəkmək üçün
pərgar
dan istifadə olunur.
Bunun üçün:
1
Pərgarın qolları çəkiləcək
çevrənin radiusu qədər açılır.
2
İti ucu mərkəzə qoyulur.
3
Karandaş olan ucu ilə tam
bir dövrə çəkilir.
Yadda saxla •
Çevrə və onun
daxili hissəsi
birlikdə dairə
adlanır.
Dairə
2.
Şəkildə neçə çevrə və neçə dairə təsvir edilib?
3.
Uyğun nöqtələri tapın.
a) Çevrənin üzərindədir
b) Çevrənin daxilindədir
c) Çevrənin xaricindədir
5.
Diametrləri verilmiş çevrələrin radiuslarını tapın.
a)
6 sm
b)
80 mm
c)
8 sm 8 mm
d)
7 sm
e)
5 sm 2 mm
4.
Radiusları verilmiş çevrələrin diametrlərini tapın.
a)
13 sm
b)
2 sm 3 mm
c)
4 sm 5 mm
d)
70 mm
e)
8 sm 8 mm