TƏKRAR ÜÇÜN TAPŞIRIQLAR
1.
Şəklə əsasən suallara cavab verin.
• Təsvir olunan fiqur hansıdır və bu fiqur hansı parçalardan ibarətdir?
• Fiqurun hansı tərəfləri paralel, hansıları isə perpendikulyardır?
• Hansı iki nöqtəni birləşdirdikdə a) düzbucaqlı üçbucaq; b) itibucaqlı üçbucaq
c) korbucaqlı üçbucaq alınar?
2.
C nöqtəsi AB parçasının üzərindədir. AC parçasının uzunluğu 5 sm, CB parçasının uzunluğu
isə bundan 3 sm çoxdur. AB parçasının uzunluğu nə qədərdir?
3.
ML parçasının uzunluğu 7 sm, KL parçasının uzunluğu 2 sm,
KN parçasının uzunluğu isə 6 sm-dir. MN parçasının uzunluğunu tapın.
4.
Simmetrik ev şəkillərini və onların simmetriya oxlarını müəyyən edin.
5.
Çərçivədəki üçbucaqlardan istifadə etməklə sağdakı fiqurları necə düzəltmək olar?
6.
Bərabərtərəfli üçbucağın tərəfi perimetri 24 sm olan kvadratın tərəfinə bərabərdir.
Bu üçbucağın perimetri nə qədərdir?
7.
Qanunauyğunluğu müəyyən edin. Bu qanunauyğunluğu çərçivədəki fiqura tətbiq etməklə
dəftərinizdə çəkin.
8.
Səbinənin 27 stikeri var. O, üçbucaqlı prizma və üçbucaqlı
piramidanı şəkildəki kimi üst-üstə qoydu. Səbinə yeni fiqurun hər
üçbucaq formalı üzünə 3 ədəd, hər düzbucaqlı formalı üzünə isə
4 ədəd stiker yapışdırdı. Səbinənin neçə stikeri qaldı?
9.
Fiqurlar qrupuna üstdən baxdıqda necə görünür?