9.
a və b dəyişənlərinin elə qiymətini seçin ki:
a) a : b ən böyük olsun.
b) a : b ən kiçik olsun.
c) a ⋅ b ən böyük olsun.
d) a ⋅ b ən kiçik olsun.
Fikrinizi əsaslandırın.
a |
b |
504 |
12 |
1 512 |
18 |
1 260 |
42 |
10.
16 səhifədən ibarət olan albomun hər
səhifəsinə 6 şəkil yapışdırmaq olur. 768 şəkli
yapışdırmaq üçün neçə belə albom lazımdır?
11.
Tədbirə gələn 128 qonaq hər masada 12 nəfər
olmaqla əyləşdi. Bütün qonaqların yerləşməsi
üçün neçə masa lazım oldu? Sonuncu masada
neçə yer boş qaldı?
12.
Yeni tikilən Bakı - Füzuli -Şuşa avtomobil yolunun
uzunluğu 363 km-dir. Yolun Füzuli - Şuşa
hissəsi bütün yolun 3
11 hissəsindən 2 km çoxdur.
Yeni çəkilən Füzuli — Şuşa yolunun uzunluğu neçə
kilometrdir?
13.
Suallara cavab verin.
a) 38 dəqiqə neçə saniyədir?
b) 300 ay neçə ildir?
c) 25 il neçə gündür? (1 il = 365 gün)
d) 172 800 saniyə neçə saatdır?
14.
Mağazaya gətirilən 175 süd qutusu hər
birində 35 ədəd olmaqla rəflərə yığıldı.
Mağazaya gətirilən süd qutuları neçə rəfə
yığıldı? Məsələni tənlik qurmaqla həll edin.
15.
Bir çuval unun yarısı hər biri 1 kq olmaqla
35 paketə yığıldı. Digər yarısı isə 50
kiçik paketə bərabər paylandı. Bir kiçik
paketdə neçə qram un oldu?
16.
Uşaqlar çərpələngləri bəzəmək üçün
ümumi uzunluğu 20 m olan qırmızı və
yaşıl lentlərdən istifadə etdilər. Onlar hər
birinin uzunluğu 45 sm olan 24 qırmızı lent
kəsdilər. Kəsilən bir yaşıl lent bir qırmızı
lentdən 22 sm qısadır. Uşaqlar neçə yaşıl
lent kəsdilər?