1. Verilmiş qaydaya əsasən növbəti üç ədədi tapın.
a) 2, ...
Qayda: 7 əlavə et.
b) 10, ...
Qayda: 5-ə vur və 2 əlavə et.
c) 32, ...
Qayda: 2-yə böl və 4 əlavə et.
2. Ədədlərin düzülüş qaydasını müəyyən edin və növbəti üç ədədi tapın.
a) 20, 32, 44, ...
b) 60, 53, 46, ...
c) 12, 24, 48, ...
d) 2, 5, 11, 23, ...
Əşya və ya fiqurların düzülüşündə də müəyyən qanunauyğunluq ola bilər. Bunu
həm özündən əvvəlki fiqura görə, həm də yerinə görə müəyyən etmək olar.
Məsələn, şəkildə hər növbəti fiqur əvvəlkinə 1 kub artırmaqla alınır. Fiqurdakı
kubların sayı isə onun sıra nömrəsindən 2 vahid böyük ədədə bərabərdir. Bu
qanunauyğunluğu cədvəldə belə təsvir etmək olar.
Qayda: sıra nömrəsinə 2 əlavə et.
10-cu fiqurda neçə kub olacaq?
3. Qanunauyğunluğu müəyyən edin. 8-ci fiqurda neçə kub olacaq?
Məsələ həlli
4. Şəkillərə əsasən qanunauyğunluqları müəyyən edin və cədvəlləri tamamlayın.
Fiqurun sıra
nömrəsi
1
2
3
4
5
6
Bucaqların sayı
3
4
5
Fiqurun sıra
nömrəsi
1
2
3
4
5
6
7
Kubların sayı
2
4
6
8
5. Lalə müxtəlif ədədlər söylədikcə Elxan bu ədədlərdən
müəyyən qayda ilə alınan başqa ədədlər dedi.
Elxan hansı qaydadan istifadə etdi?
Lalənin söylədiyi ədəd a ilə işarə olunarsa, Elxanın bu
qayda ilə söyləyəcəyi ədədi hansı ifadə ilə göstərmək olar?