3.
Bağban topladığı 72 kq almanı bir neçə yeşiyə bərabər payladı.
Hər yeşikdə 9 kq alma oldu. O, almaları neçə yeşiyə payladı?
4.
Qutuda müəyyən sayda kürəcik var idi. Kürəciklər Aynur, Anar
və Səbinə arasında bərabər paylandı. Hər uşağa 18 kürəcik
düşdü. Əvvəl qutuda neçə kürəcik var idi?
5.
Samir hər birində eyni sayda olan 3 şokolad qutusunu açdı. O bu
şokoladları 14 qız və 12 oğlan dostunun hər birinə bir ədəd olmaqla
payladı, birini isə özü yedi. Bir qutuda neçə şokolad var idi?