•
Bəzi məsələləri həll etmək üçün bölməyə aid tənlik qurmaq lazım gəlir.
Lenti 2 bərabər hissəyə böldükdə hər
bir hissənin uzunluğu 4 sm oldu. Əvvəl
lentin uzunluğu neçə santimetr idi?
Lentin əvvəlki uzunluğunu x ilə işarə
edib belə bir tənlik yazmaq olar:
Hansı ədədi 2-yə
böldükdə 4 alınar?
x : 2 = 4
x = 4 ⋅ 2
x = 8
8 : 2 = 4
4 = 4
Uzunluğu 30 sm olan lent bir neçə bərabər
hissəyə bölündü və hər hissənin uzunluğu
5 sm oldu. Lent neçə hissəyə bölündü?
Lentin hissələrinin sayını x ilə işarə edib
belə bir tənlik yazmaq olar:
30-u hansı ədədə
böldükdə 5 alınar?
30 : x = 5
x = 30 : 5
x = 6
30 : 6 = 5
5 = 5
Yada sal! Məchul bölünəni tapmaq
üçün qisməti bölənə vurmaq lazımdır.
Məchul böləni tapmaq üçün
bölünəni qismətə bölmək lazımdır.
2.
Tənlikləri həll edin. Cavabın doğruluğunu yoxlayın.
d : 8 = 12
m : 7 = 9
n : 4 = 8
k : 3 = 48
a : 9 = 19
c : 5 = 34
d : 6 = 77
14 : y = 2
24 : x = 3
18 : y = 9
21 : z = 7
35 : a = 5
54 : b = 6
64 : c = 8
3.
Əvvəlcə bərabərliyin sağ tərəfini hesablayın. Sonra isə tənlikləri həll edin.
7 ⋅ y = 55 + 1
c ⋅ 8 = 50 + 150
4 ⋅ m = 300 - 8
3 ⋅ k = 54 : 2
n ⋅ 9 = 3 ⋅ 33
a : 5 = 10 - 6
b : 4 = 6 + 2
72 : c = 2 ⋅ 4
5 ⋅ x = 20 ⋅ 3 ⋅ 4
28 : x = 10 - 2 ⋅ 3
4.
Suallara cavab vermək üçün tənlik yazın və həll edin.
a) 9-u hansı ədədə vurduqda 99 alınar?
b) 27-ni hansı ədədə böldükdə 3 alınar?
c) Hansı ədədlə 7-nin hasili 56 ilə 7-nin
fərqinə bərabərdir?
d) 5-i hansı ədədə vurduqda 35 alınar?
e) 12 hansı ədəddən 4 dəfə kiçikdir?
f) Hansı ədədin 3 misli 37 ilə 5-in
cəminə bərabərdir?