Bəzən məsələləri həll etmək üçün vurmaya aid tənliklərdən istifadə olunur.
3 eyni un kisəsi qoyulmuş tərəzi tarazlıqdadır. 1 un kisəsinin kütləsi nə qədərdir?
Un kisəsinin kütləsini x ilə işarə edib belə bir tənlik yazmaq olar.
3-ü hansı ədədə vurduqda 12 alınar?
Yada sal! Məchul vuruğu
tapmaq üçün hasili məlum
vuruğa bölmək lazımdır.
Cavab: 1 un kisəsinin kütləsi 4 kq-dır.